İntim videosu yayılan Zaur Mirzəyev kimdir və əxlaqsızlıq hansı otaqda baş verib? – YENİ FAKTLARbackend

İntim videosu yayılan Zaur Mirzəyev kimdir və əxlaqsızlıq hansı otaqda baş verib? – YENİ FAKTLAR

İş otağında intim videosu yayılan FHN əməkdaşı Zaur Mirzəyev barəsində yeni faktlar ortaya çıxıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Zaur Mirzəyev Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, sabiq Kənd təsərrüfatı naziri Heydər Əsədovun yaxın qohumudur.

Əldə etdiyimiz məlumata görə, intim münasibət FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi Füzuli Əsədovun iş otagının yanındakı kabinetdə yaşanıb.

Füzuli Əsədovun sabiq nazir Heydər Əsədovun qardaşı olduğu deyilir.

Xatırladaq ki, bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında biabırçı görüntüləri yayılıb. Görüntülərdəki şəxs FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Zaur Mirzəyevdir.

Digər məlumatlara görə, Zaur Mirzəyev artıq bir həftədir işdən çıxarılıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

  • Əliəddin
    Avqust 20, 2022 - 18:22

    Bu rüsvayçı hadisələrdən daha rəzil olanı dövlət qurumlarının ali mərtəbələrini işğal edənlərin demək olar ki, böyük əksəriyyətinin ancaq yuxarı eşalona aid olanların yaxın qohumlarının-harınlamışların olmasıdır. Kimsə Azərbaycanda hansısa sıradan birinin yüksək vəzifədə olduğunu eşidibmi? Yüksək təhsilli, mənəviyyatlı gənclər hansısa işlə bağlı müraciət edəndə təklif olunan işlər süpürgəçilik, bağbanlıq, tualet təmizləyicisi və bu kimi işlərdir. İnanmayanlar DOST mərkəzinə müraciət edə bilərlər. Bütün vəzifələr mamoçkalarının gül balaları üçün hazırlanır. Belə cəmiyyətdə bundan artığına ümid etmək sadəcə xəyallar aləminə səyahətdən o tərəfə keçməz. Doğrudan da CƏNNƏT GÖRMƏK İSTƏYƏN AZƏRBAYCANA gəlsin. Yüksək səviyyədə 5 dil bilən, dünyanın SEÇİLİB-SAYILAN UNİVERSİTETLƏRİNDƏN BİRİNİN MƏZUNU OĞLUM ən sıradan bir iş tapmaqda acizdir. Ən şərəfsiz işlərə imza atan məmur övladlarının üzlərinə isə bütün qapılar TAYBATAY açıqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*