İnzagi “Latsio”da qalacaqbackend

İnzagi "Latsio"da qalacaq

Futbol üzrə İtaliya A Seriyasında çıxış edən “Latsio” komandası baş məşqçisi Simone İnzagi ilə müqaviləni uzatmaq niyyətindədir.

“Football Italia” nəşrinin yazdığına görə, 44 yaşlı italiyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulacaq. Onun maaşı 2 milyon avrodan 3 milyon avroya qədər artırılacaq.

Qeyd edək ki, Simone İnzagi 2016-cı ildən “Latsio”nun baş məşqçisidir. O, Roma təmsilçisi ilə ölkə kubokunu və Super Kuboku qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*