“90-cı illər geri qayıdır və bu, çox təhlükəlidir”
KONKRET.az xəbər verir ki, bu sözləri İqor Strelkov-Qirkin Priqojinin ölümünü şərh edərkən deyib.
O daha sonra bildirib:
“Prezidentin hadisəyə müdaxilə etmə ehtimalının çox az olduğuna, texnogen fəlakətin baş verməsinə daha çox inanıram. Ukrayna və ya Qərb tərəfindən terror aktının baş verməsi ehtimalı da azdır. Burada mətbuatda heç bir səs-səmir çıxmayan “əsas şahidlərin təmizlənməsi”ndən danışmaq olar. Yüksək rütbəli hərbçilərin şəxsi qisası da mümkündür, lakin indandırıcı deyil.
Mən üzüldüyümü deyə bilmərəm, çünki Priqojin təkcə şəxsən mənim deyil, həm də bütövlükdə Rusiyanın düşməni idi. Və onun təhlükəsi hələ də çox yüksək idi. Eyni zamanda, baş verənlər məndə heç bir müsbət reaksiyaya səbəb ola bilməz, çünki bu, Rusiyada iğtişaşların daha da dərinləşməsinə bir daha sübutdur. Priqojin mühakimə olunmalı idi. İndi o, ifadə verə bilməyəcək. 90-cı illər geri qayıdır və bu, çox təhlükəlidir”.
Sevinc Paşayeva,
KONKRET.az
