İqtidarla müxalifət bir arada – Əli Əhmədov: “Mühacirlərin əsas işi Prezidenti nüfuzdan salmaqdır” – FOTObackend

İqtidarla müxalifət bir arada - Əli Əhmədov: “Mühacirlərin əsas işi Prezidenti nüfuzdan salmaqdır” - FOTO

“İstənilən siyasi partiya ölkənin daxili maraqlarını üstün tutaraq, fəaliyyət göstərməlidir” .

Konkret.az Modern.az – a istinadən xəbər verir ki, bunu “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda təşkil edilmiş dəyirmi masada çıxış edərkən YAP sədrinin müavini- icra katibi Əli Əhmədov söyləyib.

O qeyd edib ki, son illər xaricdə fəaliyyət göstərərək, mühacir qismində sığınacaq alan şəxslərin çox məhdud dövlət yardımı ilə fəaliyyət göstərib, geniş siyasi təbliğat mexanizmi yaratmaq şansları yoxdur:

“Onlar mütləq maliyyə dəstəyinə ehtiyac duyurlar. Ona görə bunda maraqlı olan xarici qüvvələrə xidmət etməyə başlayırlar. Onlar xarici xüsusi xidmət orqanları tərəfindən asanlıqla əldə olunan, istənilən istiqamətə yönəldilən qrupa çevrilirlər. Halbuki, hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hansısa xarici qüvvənin yox. Mühacirlərin əsas işi Azərbaycan dövlətini, Prezidentini nüfuzdan salmaqdır.

Çünki Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı “demokratik”, Azərbaycan isə “anti-demokratik” göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir.

Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var. Bu mənada o insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəlidir, həm də yolverilməzdir”.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*