İranda saxlanılan 5 Amerika vətəndaşı sərbəst buraxılıb.
KONKRET.az xəbər verir ki, Ağ Ev rəsmiləri Amerika mətbuatına verdiyi açıqlamada ABŞ vətəndaşlarının və 2 ailə üzvünün təyyarə ilə İranı tərk etdiklərini və bu şəxslərin əvvəlcə Qətərin paytaxtı Dohaya gedəcəklərini bildirib.
Rəsmilər sözügedən şəxslərin sağlamlıq yoxlamalarından sonra ABŞ-a məxsus hökumət təyyarəsi ilə ölkələrinə qayıdacaqlarını bildirib.