İran açıqladı: Nüvə obyektindəki qəza terror aktıdır!backend

İran açıqladı: Nüvə obyektindəki qəza terror aktıdır!

10:23

İranın Natanz Atom Elektrik Stansiyasında (AES) qəza baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.

Onun sözlərinə görə, qəza AES-in elektrik şəbəkəsində olub, insan tələfatı və çirklənmə yoxdur.

Hazırda qəzanın səbəbləri araşdırılır.

***

İranın Natanz nüvə obyektindəki qəza şübhəlidir və xarici qüvvələrin sabotajına bənzəyir.

Bunu İran parlamentinin deputatı Malik Şəriəti Niyasər Tvitter hesabında yazıb.

“Milli atom texnologiyaları günündə və İranın Qərbin sanksiyaları ləğv etməsinə çalışdığı bir vaxtda baş verənlər ciddi sabotaj şübhəsi oyadır. Bu gün Məclisdə bunun detalları müzakirə olunacaq”, – Niyasər bildirib.

***

Natanz nüvə obyektində elektrik şəbəkəsindəki qəza terror aktı nəticəsində baş verib.

Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbək Salehi deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*