İran Amerika tankerini qaçırdıbackend

İran Amerika tankerini qaçırdı

İran Hərbi Dəniz Qüvvələri Oman körfəzində Amerika neft tankerinin ələ keçirildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, məlumatı “Sputnik İran” yayıb. Bundan əvvəl Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə bağlı Dəniz Əməliyyatları Departamenti Oman sahillərində kənar şəxslərin hücumuna məruz qalan gəminin istiqamətini dəyişərək, İranın ərazi sularına doğru getdiyini açıqlamışdı. Tankerlə əlaqənin kəsildiyi bildirilir.

Yunanıstanın “Empire Navigation” gəmiçilik şirkətinə məxsus tanker İraq neftini Bəsrədən Süveyş kanalı vasitəsilə Türkiyəyə daşıyırdı. Gəmi Türkiyənin Tüpraş şirkəti tərəfindən icarəyə götürülüb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*