İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bir neçə əməkdaşının akkreditasiyasını ləğv edib.
KONKRET.az xəbər verir ki, bu barədə BAEA-nın rəhbəri Rafael Qrossi məlumat verib.
Nümayəndələr İranın nüvə obyektlərində uranın zənginləşdirilməsi ilə bağlı yoxlama aparmalı idi.
Agentliyin yaydığı bəyanatda deyilir ki, həmin şəxslər bu texnologiya sahəsində unikal biliyə malik ən təcrübəli ekspertlərdir.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu “Fordo” nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqat işini dayandırmaqda BAEA-nı İran hakimiyyətinə təslim olmaqda ittiham edib.