İran əleyhinə BMT qətnaməsi: 30 ÖLKƏ molla rejimini dəstəklədi – SİYAHIbackend

İran əleyhinə BMT qətnaməsi: 30 ÖLKƏ molla rejimini dəstəklədi - SİYAHI

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Üçüncü Komitəsinə üzv ölkələr İranda insan haqlarının vəziyyəti ilə bağlı Kanadanın təklif etdiyi qətnamə layihəsinə səs veriblər.

KONKRET.az xəbər verir ki, özünü Qafqazda “demokratiya brilliantı” adlandıran Ermənistan qətnaməyə qarşı çıxıb. İranda insan haqlarının vəziyyətilə bağlı qətnamə layihəsi lehinə 79, əleyhinə 30 səs, 71 nəfər bitərəf olmaqla təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan səsvermədə iştirak etməyib. İrana qarşı BMT qətnaməsinin əleyhinə səs verənlər:

Əfqanıstan

Ermənistan

Belarus

Boliviya

Bruney

Burundi

Kamboca

Çin

Kuba

Cənubi Koreya

Eritreya

Hindistan

İndoneziya

İran

İraq

Qazaxıstan

Qırğızıstan

Livan

Nikaraqua

Oman

Pakistan

Rusiya Federasiyası

CAR

Suriya

Türkmənistan

Uqanda

Özbəkistan

Venesuela

Vyetnam

Zimbabve

Sadalanan ölkələr İrandan qahmar çıxıb.

• Əfqanıstan, Pakistan və İraqın İranı dəstəkləməsini həmsərhəd olmaqları ilə izah etmək olar.

• Ermənistan İranın qonşusu – xislət əkizi, “qırmızı xətti” olduğu üçün qətnamənin əleyhinə çıxıb.

• Türkiyə və Azərbaycan İranla qonşuluğu nəzərə alaraq səsverməyə qatılmayıblar. Gürcüstan da səsvermədə iştirak etməyib.

• Suriya, Oman, İndoneziya, CAR kimi ölkələr islam amilinə görə Tehranın yanında olub.

• Lakin müsəlmanların qibləsi yerləşən Səudiyyə Ərəbistanı İrana qarşı qətnamənin lehinə səs verib.

• Rusiyanın Belarus kimi ən yaxın tərəfdaşlarının da İranın tərəfini tutması normaldır. Qərbin məhdudiyyətlərilə üzləşmiş Putin Kremlində vaxtaşırı yığışan liderlər molla rejiminə sanksiya həmrəyliyi göstərməliydi.

• Venesuela ilə oxşar siyasi xəttə malik Qoşulmama Hərəkatına üzv dövlətlər Qərbin insan hüquqları ilə bağlı çox qətnaməsini baykot edirlər. Amma Azərbaycan Qoşulmama sədri kimi İrana qarşı mövqeyini dəqiqləşdirsə, sözügedən təsisata üzv ölkələr 2020-də İrəvanı fitə basdıqları kimi Tehran şeytanlarını da daşlayacaqlar.

• Çin isə yeni tranzit layihələri və Şanxay Əməkdaşlıq Təşkilatındakı əməkdaşlığa görə İrana qarşı çıxmayıb.

Əsas odur ki, qətnamə qəbul olunub və proses davam etdiriləcəyi təqdirdə İranı “Yuqoslaviya” ssenarisi gözləyir. O ki qaldı qətnaməyə İranın mövqeyinə, bu, inkaredici xarakter kəsb edir. Farslar BMT-ni yalançılıqda günahlandırırlar. Elə bil ki, haqqını tələb edən yüzlərlə dinc sakini öldürən, minlərlə insan barəsində edam qərarı çıxartmaq istəyən bunlar deyil.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*