“İran Fələstin xalqının qanuni müdafiəsini dəstəkləyir” – Rəisibackend

“İran Fələstin xalqının qanuni müdafiəsini dəstəkləyir” - Rəisi

Fələstinlilər bu müharibədə qalib gələcəklər.

KONKRET.az xəbər verir ki, bu sözləri İbrahim Rəisi bildirib.

Rəisi deyib ki, İran dünyanı Fələstin xalqına qarşı zülm və ədalətsizliyin, Qüdsün təhqir olunmasının əbədi davam edə bilməyəcəyinə diqqət yetirməyə çağırır.

“İran Fələstin xalqının qanuni müdafiəsini dəstəkləyir. İsrail və onun havadarları region ölkələrinin təhlükəsizliyini təhdid etməkdə məsuliyyət daşıyırlar və onlar buna görə cavab verməlidirlər”, – Rəisi deyib.

“Müsəlman hökumətləri İslam ümmətinə qoşulmalı və Fələstin xalqını vicdanla dəstəkləməlidir”, – Rəisi qeyd edib.

“İsrail də bilməlidir ki, qüvvələr nisbəti dəyişib və müharibəni qızışdırmaq onlara fayda verməyəcək. Fələstin bu döyüş meydanında qalib gələcək”, – deyə İran prezidenti əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*