Nəzərinizə çatdırırıq ki, bəzi rusdilli KİV-lər tərəfindən İranın hava məkanının bağlanması ilə bağlı yayılan məlumatlar tamamilə yalandır.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan-İran strateji əməkdaşlıq inkişafı mərkəzi”nin təsisçisi Puyya Hüseyn deyib.
“İranın hava məkanı açıq qalır və uçuşlar normal rejimdə həyata keçirilir. Məlumat şübhəli səhifədən yayılıb”, – Hüseyn bildirilib.
Qeyd edək ki, “Mehr” agentliyinin Teleqram səhifəsi İranın hava məkanını bağlamaq və ABŞ-ın təhdidləri ilə bağlı ordunu hazır vəziyyətə gətirmək barədə qərar qəbul etdiyi barədə məlumat yaymışdı.
