İran İsrail XİN başçısının Ceyhun Bayramovla birgə bəyanatından NARAHATLIĞINI BİLDİRDİbackend

İran İsrail XİN başçısının Ceyhun Bayramovla birgə bəyanatından NARAHATLIĞINI BİLDİRDİ

İran İsrailin xarici işlər nazirinin bəyanatından narahat olmağa başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi Twitter hesabında yazıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani israilli nazirin açıqlamalarına görə, Azərbaycan rəsmilərinin izahat verməsini istəyib.

Nazirliyin nümayəndəsi “İrana qarşı vahid cəbhənin yaradılmasını” “sionist rejimin amansız niyyətlərinin daha bir sübutu kimi qiymətləndirib.

“İsrailin xarici işlər naziri  Eli Koen azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında verdiyi bəyanat bizi narahat edir.

İsrail Azərbaycan ərazisini “İranın milli təhlükəsizliyi üçün təhlükəyə çevirmək” istəyir.

İran “sionist” rejimin ona qarşı planına biganə qala bilməz”, – deyə XİN sözcüsü bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*