“Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq”.
KONKRET.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
Parlament sədri onu da qeyd edib ki, İranın təhlükəsizliyi təmin edilməsə, bölgədəki heç bir infrastruktur təhlükəsiz olmayacaq.
“Hörmüz boğazının taleyi ABŞ qüvvələrinin bölgədə olub-olmamasından asılıdır. Biz təsdiqləmişik ki, boğazdakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq”, – Qalibaf əlavə edib.
