İran prezidenti Məsud Pezeşkian bir neçə gün sonra Qətərə səfər edəcək.
KONKRET.az İSNA-ya istinadən xəbər verir ki, səfər Asiyada Əməkdaşlıq Dialoqu Forumu çərçivəsində baş tutacaq.
Məlumata görə, foruma üzv ölkələrin liderlərinin iclası sentyabrın 30-u oktyabrın 1-i tarixlərində Dohada baş tutacaq.
Qeyd edək ki, Asiyada Əməkdaşlıq Dialoqu Forumu 35 Asiya ölkəsindən ibarətdir və 20 ildən artıqdır ki, fəaliyyət göstərir.
Məlik,
KONKRET.az