İran Prezidenti: “Xəzər dənizində başqa ölkələrin təlimlərdə iştirakı qadağandır” – VİDEObackend

İran Prezidenti: "Xəzər dənizində başqa ölkələrin təlimlərdə iştirakı qadağandır" - VİDEO

“Xəzər dənizində başqa ölkələrin təlimlərdə iştirakı qadağandır”.

KONKRET.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Türkmənistana səfəri öncəsi deyib.

O, Xəzər dənizində başqa ölkələrin hərbi təlimlərdə iştirakının, xüsusi ilə İran sahillərində olmasının qadağan olmasını təkidlə vurğulayıb.

Rəisi Türkmənistanda bu məsələni qaldıracağını və həllinə çalışacağını bildirib.

Qeyd edək ki, Xəzərdə Xəzəryanı dövlətlər, məsələn, Azərbaycan ilə Rusiya arasında təlim keçirilib.

Xəzəryanı dövlətlərə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Turkmənistan daxildir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*