İran Rusiya üçün yeni pilotsuz uçuş aparatı hazırlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Sky News” məlumat yayıb.
PUA-nın uçuş məsafəsi 1500 km qiymətləndirilir.
Ehtimal edilir ki, o, onlayn rejimdə video yayımlaya bilir. Bu da ondan təkcə hücum dronu kimi deyil, həm də kəşfiyyat aparatı kimi istifadə etməyə imkan verir.
Xüsusi hazırlanmış pilotsuz uçuş aparatının bir neçəsinin Rusiyaya təklif olunacağı bildirilir. Qeyd olunur ki, bu, Ukraynaya münasibətdə Rusiyanın maraqlarını dəstəkləmək üçün atılan mühüm addımdır.
Rəsmi Kiyev yeni pilotsuz uçuş aparatının Rusiyaya tədarükü ilə bağlı böyük narahatlıq keçirir.
Burhan,
KONKRET.az

SİZİN KOLLEKTİVİNİZDƏ HEÇ OLMASA 1 MÜHƏNDİS YOXDURMU-TƏYYARƏ VƏ PİLOTSUZ UÇUŞ APARATI TAM FƏRQLİ OBYEKTLƏRDİRLƏR…SİZ BU SAVADSIZ ŞƏRHLƏRİ NİYƏ EKSPERTİZADA KEÇİRMƏDƏN İNTERNETƏ ÇIXARIRSINIZ?