İran səfiri qadın idmançını girov götürməyə CƏHD ETDİ – SƏBƏBbackend

İran səfiri qadın idmançını girov götürməyə CƏHD ETDİ - SƏBƏB

İranın Seuldakı səfiri yarışda hicabsız çıxış edən qadın idmançını girov götürməyə cəhd edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Xəbər verdiyimiz kimi, bütün yarışlara hicabla qatılan Elnaz Rəkəbi Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Olimpiadanın təsnifat mərhələsinin finalına başı açıq çıxıb.

Bildirilib ki, yarışdan sonra İran səfiri Rza Zareyi Rəkəbini aldaraq onu heç bir təhlükəsizlik problemi olmadan Tehrana aparacaqlarına söz verib.

Lakin oradan girov kimi hava limanına göndərmək üçün onu İranın Seuldakı səfirliyinə aparıb.

Xanım idmançının hazırda harada olması barədə məlumat verilməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*