İranda davam edən nümayişlərə daha bir dəstək ölkənin milli idmançısı Elnaz Rəkəbidən gəlib.
KONKRET.az “haberler.com” saytına istinadən xəbər verir ki, bütün yarışlara hicabla qatılan Rəkəbi Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Olimpiadanın təsnifat mərhələsinin finalına başı açıq çıxıb.
Bildirilir ki, İranın qadın idmançılar üçün qoyduğu məhdudiyyətlərə məhəl qoymayaraq finala hicabsız çıxan xanım idmançı ölkəsinə qayıdandan sonra cəzalandırıla bilər.

İqbal Rzayev,
KONKRET.az
