İran Suriyadan çəkilir? – Yüksək rütbəli hərbçilər ölkəni tərk edirbackend

İran Suriyadan çəkilir? – Yüksək rütbəli hərbçilər ölkəni tərk edir

İsrail-Həmas müharibəsi Yaxın Şərqdə tarazlığı sarsıtmaqda davam edir.

KONKRET.az xəbər verir ki, gərginlikdə ön plana çıxan İran 2011-ci ildən bəri dəstək verdiyi Suriya ilə bağlı kritik addım atıb. Belə ki, rəsmi Tehran Suriyadakı qüvvələrini böyük ölçüdə geri çəkməyə qərar verib.

“Reuters”-ə danışan mənbələrinə bildirdiyinə görə, son vaxtlar Suriyada hücumların hədəfinə çevrilən İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli məmurları ölkədən çıxmağa başlayıb.

Suriyanı hədəf alan son hücumlarda İranın yüksək rütbəli kəşfiyyat rəsmiləri də daxil olmaqla, İnqilab Keşikçiləri Korpusunun bir çox üzvü həlak olub və Tehran hücumlara görə İsraili günahlandırıb. Bu ayın əvvəlində Kirman əyalətində İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı Qasım Süleymaninin məqbərəsi yaxınlığında törədilən iki partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirməsi isə gərginliyi bir qədər də artırıb.

Tehranın bu addımı Qəzzada davam edən müharibənin birbaşa tərəfi kimi görünməmək üçün atdığı bildirilir. “Reuters”ə danışan mənbə deyib ki, İran Suriyada dəstəklədiyi şiə təşkilatları vasitəsilə ölkədəki təsirini davam etdirməyi planlaşdırır.

Mənbə son hücumlardan sonra yüksək səviyyəli iranlı komandirlərin Suriyanı tərk etməyə başladığını bildirsə də, neçə nəfərin İrana qayıtdığı barədə məlumat verməyib. Başqa bir mənbə isə qeyd edib ki, İran Suriyadan tam çəkilməyəcək, lakin qoşunlarının sayını xeyli azaldacaq.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*