İran və Ermənistanın hərbi təlimlərinin məqsədi budur – AÇIQLAMAbackend

İran və Ermənistanın hərbi təlimlərinin məqsədi budur - AÇIQLAMA

“Ermənistanla təlimlərin məqsədi potensial təhlükələrə qarşı hazırlaşmaqdır”.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.

“Təlimlərin məqsədi sərhəd təhlükəsizliyini gücləndirmək, hər iki ölkənin silahlı qüvvələrini potensial təhdidlərə qarşı hazırlamaq, sabit sülhü qorumaq, müdafiə və hərbi əməkdaşlığı gücləndirməkdir. Təlimlər eyni vaxtda sərhədin hər iki tərəfində vahid komandanlıq altında keçiriləcək. İki günlük birgə hərbi təlimlər Ermənistan və İranın strateji əlaqələrinin möhkəmləndirilməsinə yönəlib”, – səfirlik vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*