ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti açıqlama yayıb. Qadağalar əsasən İranın neft-kimya sənayesini əhatə edir. Belə ki, aralarında İrandan əlavə Çin və Cənubi Afrikaya məxsus şirkətlər də olmaqla 9 qürum sanksiyalara məruz qalıb.
Həmçinin, İranın terror fəaliyyətlərinə və İraqdakı ABŞ bazasına hücumuna dəstək verdiyi iddia edilən 3 şəxs qadağalara məruz qalıb. Dövlət Departamentinin məlumatına görə, sanksiyaların məqsədi İran üzərində təzyiqi artırmaqdır. Qeyd edək ki, dünya dövlətləri koronavirus səbəbiylə İrana qarşı bəzi qadağaların ləğvini tələb edir.
publika.az
