İranda 5,1 bal gücündə zəlzələ olub.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa – Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri İranın Bəndər Abbas şəhərindən 117 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
İtkilər və dağıntılar barədə hələlik məlumat yoxdur.
