İranda ağır yol qəzası: 7 nəfər öldübackend

İranda ağır yol qəzası: 7 nəfər öldü

İranın cənubundakı Fars əyalətində iki avtomobilin toqquşması sonradan yanğına çevrilib. Nəticədə 7 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə “ISNA” agentliyi əyalətin fövqəladə hallar üzrə təşkilatının nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə Servestan şəhərində baş verib. Qəzada toqquşan “Nissan” və “Paykan” markalı avtomobillər sonradan yanmağa başlayıb. Nəticədə avtomobillərdəki bütün sərnişinlər, eləcə də üç uşaq ölüb.

Hazırda polis insidentin səbəblərini araşdırır.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*