İranda avtobus aşdı – Ölən və yaralananlar varbackend

İranda avtobus aşdı - Ölən və yaralananlar var

İranın şimal-qərbindəki Zəncan əyalətində içərisində sərnişinlər olan avtobus aşıb.

“Report” İSNA-ya istinadən xəbər verir ki, hadisə Zəncan-Təbriz yolunun 30-cu kilometrliyində baş verib.

Qeyd olunub ki, qəza nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

İlkin versiyaya görə, hadisə sürücünün yorğunluğu və yuxulu olması səbəbindən baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*