SEPAH-ın 2 əməkdaşı müəmmalı şəkildə öldübackend

SEPAH-ın 2 əməkdaşı müəmmalı şəkildə öldü

İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrində çalışan iki nəfər müəmmalı şəkildə ölüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İslam İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi açıqlama yayıb.

Açıqlamada, SEPAH-ın Hərbi-Hava Qüvvələrinin zabiti Ali Kamani və Hava-Kosmik Qüvvələrində çalışan alim Məhəmməd Abedosun həyatını itirdiyi bildirilib.

İran mediasında yayılan məlumata görə, Mərkəzi Kemani əyalətinin Humeyn rayonunda baş verən yol qəzası nəticəsində rütbəsi açıqlanmayan hərbçilərin həlak olduğu qeyd edilərkən,  “Simnam” adlı şirkətdə çalışan alim Məhəmməd Abedosun da dünyasını dəyişdiyi məlum olub. Alimin ölüm səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, son zamanlar İranda İnqilab Keşikçiləri Korpusunun komandirlərinə qarşı tez-tez sui-qəsdlər baş verir. Tehran administrasiyası bu sui-qəsdlərdə İsraili günahlandırır.

İqbal Rzayev,

KONKRET.az

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*