İranda daha bir PROBLEM – 9-10 yaşlı qızların ərə verilməsi halları ARTIBbackend

İranda daha bir PROBLEM - 9-10 yaşlı qızların ərə verilməsi halları ARTIB

“9-10 yaşlı qızların ərə verilməsi problemə çevrilib”.

KONKRET.az xəbər verir ki, bu barədə Qəzvin Təhsil İdarəsinin rəsmisi məlumat verib.

İranın Qəzvin əyalətinin Təhsil İdarəsinin Qəzvin maarif və mədəniyyət məsələləri üzrə müavini Hüseyn Məhəmmədzadə erkən nikahlardan danışıb.

O, mediaya verdiyi açıqlamada deyib ki, 9-10 yaşlı qız uşaqlarının erkən nikaha cəlb edilməsi halları çoxalıb.

Onun fikrincə, 16-17 yaşlı yeniyetmə oğlanlarla azyaşlı qızların evləndirilməsi onların təhsilinin yarımçıq qalmasına səbəb olur.

Qeyd edək ki, İran Vətəndaşlıq Qeydiyyatı İdarəsinin son statistik hesabatına görə, ötən il yüksək riskli yaş qrupu olan 10-19 yaşa qədər olan analar tərəfindən 69103 körpə gətirilib. Onlardan 1474-ü 10-14 yaşarası azyaşlı analar tərəfindən doğulub.

Martın 29-da yayılan statistikada 5 il müddətində hər il ortalama 30 min azyaşlı qızın erkən nikaha cəlb edildiyi, eyni müddət ərzində 123 min 15-dən az yaşı olan oğlan uşaqlarının evləndirildiyi qeyd olunub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*