İranda daşqınlar səbəbi ilə daha bir şəhər boşaldıldıbackend

İranda daşqınlar səbəbi ilə daha bir şəhər boşaldıldı

İranın cənubunda yerləşən Fars vilayətinin Hesami şəhəri və 7 kənd leysan yağışları səbəbi ilə ötən gecə boşaldılıb.

KONKRET.az-ın məlumatına görə, bunu İranın Fars vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Xəlil Abdullahi deyib.

X.Abdullahinin sözlərinə görə, həmçinin Bəxtəqan rayonunda 2,3 min əhalisi olan Kuşk kəndi boşaldılıb.

Abdullahi deyib ki, daşqınlar səbəbi ilə vilayətin Kazerun rayonunda 6 kəndi də boşaldıla bilər.

Qeyd edək ki, ötən gün İranın cənub-şərqində Kirman vilayətinin Dehəc şəhəri daşqınlar səbəbi ilə boşaldılıb.

Son məlumatlara görə, ötən 9 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində 61 nəfər ölüb, 32 nəfər itkin düşüb. Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*