İranda etirazçılar Xomeyninin ev muzeyini YANDIRDILAR – VİDEObackend

İranda etirazçılar Xomeyninin ev muzeyini YANDIRDILAR - VİDEO

Etirazçılar Ayətullah Xomeyninin ev muzeyini yandırıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilir ki, bir qrup etirazçı İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin ev-muzeyini yandırıb. Qərb mediası bu hərəkəti çox simvolik adlandırıb. Tehranın cənubunda yerləşən binaya nə qədər ziyan dəydiyi məlum deyil.

İranda artıq üçüncü aydır ki, hökumət əleyhinə nümayişlər dayanmır. Bu həftə İranın bir çox şəhərlərində fəallar yanacağın yüksək qiymətlərinə qarşı etirazların amansızlıqla yatırılmasının üç illiyini qeyd edərkən nümayişlər keçirilib.

Etirazçılarla polis arasında toqquşmalar zamanı yüzlərlə insan həlak olub. Son günlər öldürülənlər arasında on yaşlı uşaq da var. İranda hicab taxma qaydalarını pozduğu iddiası ilə polis tərəfindən saxlanılan Məhsa Əmininin ölümündən sonra qəzəb dalğası artıb.

Kütləvi nümayişlərə son qoymaq üçün hakimiyyət artıq bir neçə nümayişçini ölüm cəzasına məhkum edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*