İranın Məşhəd şəhərində “ElectroSteel” məişət texnikası zavodunun üç anbarında güclü yanğın baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə 100-ə yaxın yanğınsöndürmə briqadası gəlib.
Yanğınsöndürmə tədbirləri davam edir.
Zərərçəkənlər və hadisənin səbəbləri barədə məlumat verilmir.
İqbal Rzayev,
KONKRET.az
