İranda hərbi bazaya dron HÜCUMU – FOTObackend

İranda hərbi bazaya dron HÜCUMU - FOTO

Tehranın qərbində yerləşən və SEPAHA-a məxsus “Şəhid Hemmət” hərbi bazası hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Küveytin “Əl-Qəbəs” qəzeti öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, hadisə cümə günü gecə saatlarında baş verib.

Hücumun hədəfinin ballistik raketlərin və uzaqmənzilli raketlərin layihələndirilməsi və istehsalı ilə məşğul olan tədqiqat mərkəzlərinin olduğu bildirilir. Belə ki, bu yaxınlarda həmin hərbi bazada ballistik raketlərin mühərriki sınaqdan keçirilib.

Güman olunur ki, bu hücum İran ərazisindən və adıçəkilən bazadan 10 km məsafədən qalxan dronlar vasitəsilə həyata keçirilib. Ekspertlər hesab edirlər ki, qeyd edilən dronlar xaricdə hazırlanıb, ayrı-ayrı hissələr şəklində gizli şəkildə İrana keçirilib və ölkədə yığılıb.

Həmçinin, məlumatlı mənbələr xəbər verir ki, şənbə günü İranın müdafiə naziri Məhəmməd Aştitani ciddi təhlükəsizlik tədbirləri altında sözügedən bazaya baş çəkib. Çox güman ki, o, bazaya, xüsusilə onun raket tədqiqat mərkəzlərinə endirilən zərbələri qiymətləndirmək üçün gəlib.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*