İranda idman salonlarında “story” çəkmək qadağandır? – İran polisi xəbərdarlıq etdibackend

İranda idman salonlarında "story" çəkmək qadağandır? - İran polisi xəbərdarlıq etdi

İranda idman salonlarının sahiblərinə xəbərdarlıq edilib.

KONKRET.az-ın İran mediasına istinadla məlumatına görə, İranda “qeyri-əxlaqi “story” çəkənlərin aşkarlanması və onlara qarşı mübarizə” adlı layihə ilə bağlı bir sıra əməliyyatlar keçirilib. Bununla əlaqədar İran polisi bir neçə nəfərin həbs edildiyini və bəzi idman salonlarının bağlandığını bildirib.

İranın Kiber Polisi İdarəsinin rəis müavini Ramin Paşayi iyulun 3-də “İnstagram story”lərinin çəkildiyi idman salonlarının sahiblərindən bir neçəsinin həbs edildiyi barədə məlumat verib.

Onun iddiasına görə, həmin “story”lər qeyri-əxlaqidir və bununla bağlı bir neçə salonun, o cümlədən üzgüçülük salonlarının sahiblərinə xəbərdarlıq edilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*