İranda övladı öldürülən ata xalqı ETİRAZLARA səslədi – VİDEObackend

İranda övladı öldürülən ata xalqı ETİRAZLARA səslədi - VİDEO

İranda etirazlar zamanı oğlu öldürülən ata insanları aksiyalara qoşulmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, İranın Kürdüstan əyalətinin Saqqız şəhərində hökumət əleyhinə etirazlarda öldürülən gənc Fəridun Mahmudinin atası oğlunun dəfn mərasimində xalqı öz övladlarının əllərindən tutaraq birlikdə etirazlara qoşulmağa çağırıb.

“Bütün iranlı valideynləri öz övladlarının əlindən tutaraq onlarla birlikdə meydana getməyə səsləyirəm. Görürəm ki, hamısı gənclərdir.

Onlarla birlikdə olmalıyıq ki, yanlış addım atmasınlar. Bu işi birdəfəlik bitirməliyik. İrtica məhv olmalıdr. Əgər bu gün biz icazə verməsək, sabah bizim uşaqlarımız icazə verməyəcək”,- övladını itirən ata xalqa səslənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*