İranda qətlə yetirilən azərbaycanlının məzarı üstündə bacısı SAÇLARINI KƏSDİ – VİDEObackend

İranda qətlə yetirilən azərbaycanlının məzarı üstündə bacısı SAÇLARINI KƏSDİ - VİDEO

İranda 36 yaşlı azərbaycanlı Cavad Heydəri qətlə yetirilib.

KONKRET.az xəbər verir ki, İranın Qəzvin şəhərində azərbaycanlı gənc Cavad Heydəri hökumət əleyhinə etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən güllələnib. O, baş nahiyəsindən aldığı güllə yarasından dünyasını dəyişib.

Cavad Heydərinin bacısı isə qardaşının məzarı üstündə göz yaşları içində saçlarını kəsərək  hökumətə etirazını bildirib.

Şəhid edilən Cavad Heydərinin anası Azərbaycan dilində oğlu üçün fəryad edib və göz yaşı töküb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*