İranda daha bir azərbaycanlı qadın həbs olunub.
KONKRET.az İran mediasına istinadla xəbər verir ki, Təbrizdə Azərbaycan rəqslərini tədris edən Jila İbrahimi (Zhila Ebrahimi) Təbriz təhlükəsizlik qüvvələri tərəfindən tutulub.
Onun həbsinə sosial şəbəkədə rəqs etdiyi videonu paylaşması səbəb olub. Jila İbrahimi şəhər həbsxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə köçürülüb.
Natiq Səlim,
KONKRET.az
