İranda saxta içkidən kütləvi zəhərlənmə – Ölənlər varbackend

İranda saxta içkidən kütləvi zəhərlənmə - Ölənlər var

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən zəhərlənən 75 nəfərdən 10-u həyatını itirib.

KONKRET.az-ın xəbərinə görə, bunu Hörmüzqan Səhiyyə Elmləri Universitetinin sözçüsü Fatma Nevruziyan “Tasnim”ə bildirib.

“Bəndər Abbas şəhərində saxta spirtdən zəhərlənən 75 nəfər xəstəxanalara müraciət edib. Bu xəstələrdən 10-u həyatını itirib”, – o qeyd edib.

Sözçü əlavə edib ki, ölənlərdən biri qadındır, dörd nəfərin isə vəziyyəti ağır qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*