İranın Saqqız şəhərində gənc sünni din xadimi güllələnib.
KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
İran Sünni Cəbhəsindən bildirilib ki, keçmiş siyasi məhbus Əbdülhadi Salehinin oğlu Səlahəddin Salehi güllələnərək öldürülüb.
Rəsmilər terror aktının naməlum şəxslər tərəfindən törədildiyini iddia ediblər. İran Sünni Cəbhəsi isə qətlin siyasi motivlər əsasında rejimə bağlı qüvvələr tərəfindən törədildiyini qeyd edib.
