İran rejiminin Azərbaycana qarşı təxribatları davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə (İran xəbər agentliyi “Hawzah” məlumat ayıb.
Bildirilir ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qarşısında “etiraz aksiyası” təşkil olunub.
Baş Konsulluq qarşısında “Hüseyniyyun” terror təşkilatının “bayraq”ları qaldırılıb. Aksiyanın Azərbaycan mətbuatına və din xadimlərinin həbsinə “etiraz əlaməti” olaraq keçirildiyi deyilir.
Qeyd edək ki, “Hüseyniyyun” Azərbaycandan İrana qaçan Xomeyni ideologiyası tərəfdarlarından SEPAH tərəfindən yaradılmış qrupdur.


Xuraman Etibarlı,
KONKRET.az
