İranla ABŞ arasında yeni böhran – Təyyarə ələ keçirildibackend

İranla ABŞ arasında yeni böhran - Təyyarə ələ keçirildi

İran ABŞ-nin Venesuelaya satdığı yük təyyarəsini ələ keçirməsinə reaksiya verib.

KONKRET.az xəbər verir ki, İran sanksiyalara görə Venesuelaya satdığı yük təyyarəsinin ABŞ tərəfindən ələ keçirilməsini pisləyib və bunu “qanunsuz hərəkət” adlandırıb.

ABŞ Venesuela yük şirkəti tərəfindən İranın “Mahan Air” Hava Yollarından aldığı “Boeing 747” tipli yük təyyarəsinin İranla bağlı ixrac məhdudiyyətləri çərçivəsində ələ keçirildiyini açıqlayıb.

Xatırladaq ki, 2019-cu ildə ABŞ Maliyyə Nazirliyi İranın “Mahan Air” aviaşirkətini İnqilab Keşikçiləri Ordusu ilə əlaqəsi səbəbindən sanksiya siyahısına daxil edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani verdiyi yazılı açıqlamada ABŞ-nin Venesuelanın “Emtrasur” aviaşirkətinə məxsus Boeing-747 tipli yük təyyarəsini ələ keçirməsinə münasibət bildirib.

ABŞ-nin təyyarəni ələ keçirməsinin beynəlxalq hüquqa zidd olduğunu bildirən Kenani İranın Venesuelanın hüquqi-diplomatik səylərini qətiyyətlə dəstəklədiyini bildirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*