İranla işğalçı Ermənistan arasında idman sahəsində birgə əməkdaşlıq inkişaf etdirilirbackend

İranla işğalçı Ermənistan arasında idman sahəsində birgə əməkdaşlıq inkişaf etdirilir

İran və Ermənistan arasında iqtisadi-mədəni əməkdaşlıq üzrə 17-ci Birgə Komissiyasının koordinasiya iclası onlayn formatda İranın Energetika Nazirliyində bütün inzibati qurumların və müxtəlif nazirliklərin iştirakı ilə təşkil edilib.

KONKRET.az xəbər verir ki, İranın İdman və Gənclər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sözügedən nazirliyin rəsmisi Hamane Tağızadə və Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan idman sahəsində birgə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələsini onlayn şəkildə müzakirə ediblər. Görüşdə, habelə qərara alınıb ki, iki ölkə arasında əməkdaşlıq üzrə Müştərək Komissiyanın Yerevanda keçirilən iclasından bir ay sonra tərəflər 2022 və 2023-cü illər üçün tədbirlər planını mübadilə etsinlər və sənədi yekunlaşdıraraq imzalasınlar. Erməni tərəfi eyni zamanda, iki ölkə arasında gənclər diplomatiyasını genişləndirmək üçün iki ölkənin gənclərdən ibarət nümayəndə heyətlərini mübadilə etmək istəyini ifadə edib və bunun davam etdirilməsi və həyata keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İran rejimi özəlliklə Qarabağ savaşında Azərbaycanın qalib gəlməsindən sonra müxtəlif yollarla Ermənistanla əlaqələri daha da möhkəmləndirməyə çalışır. Bu yöndə Tehran idman, hərbi, siyasi, mədəni, ticarət və başqa səhələrdə işğalçı erməni dövləti ilə çoxşaxəli əlaqələr qurmağa can atır.

Ötən aylarda Dünya Birliyi tərəfindən rəsmən Azərbaycan torpağı kimi tanınan Xankəndiyə iranlı boksçuların qanunsuz səfərinin ardından iranlı alpinistlər də Ermənistana səfər edərək “Araqats” zirvəsinə çıxmışdılar. Özü də Ermənistanda və əllərində İran bayrağı ilə. Bəs İranın işğalçı Ermənistan kimi zəif və məğlub bir ölkə ilə əlaqələrini bu qədər möhkəmlədirməkdə məqsədi nədir? Təbii ki, İran hökuməti bununla Türk dünyası önündə çəpər rolunu oynayan Ermənistan hökumətini ayaqda tutmağa çalışır.

“Azad İran”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*