İranlı deputat: “İnsanları güllələməyi sizə kim əmr edib?”backend

İranlı deputat: "İnsanları güllələməyi sizə kim əmr edib?"

İran parlamentinin Mahabad şəhərindən olan deputatı Cəlal Mahmudzadə Prezident və daxili işlər nazirinə Mahabadda və kürdlərin yaşadığı bölgələrdə öldürülən insanlarla bağlı xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, deputatın sözlərinə görə,  Mahabad və Kürdüstan əyalətində keçirilən etiraz aksiyaları zamanı rəsmi məlumatlara görə, 13 nəfər, qeyri-rəsmi statistikaya görə isə 105 nəfər həlak olub.

O, qeyd edib ki, prezident İbrahim Rəisi və daxili işlər naziri xalqa qarşı silahdan istifadənin sifarişini kimin verdiyini araşdırıb cavab verməlidir.

“Hərbi əməliyyatlar, sadə vətəndaşların həbsi, yaşayış binalarına gecə basqınları, insanların əmlakının dağıdılması, binaların daxili divarlarına şüarların yazılması, vətəndaşların şəxsi əşyalarının yoxlanması, Mahabadda və kürdlərin yaşadığı şəhərlərdə çoxsaylı nəzarət-buraxılış məntəqələrinin yaradılmasında məqsəd nədir? ?” – deyə Cəlal Mahmudzadə bildirb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*