İranlı deputat: Xalqın lənəti ilə üz-üzəyik – VİDEObackend

İranlı deputat: Xalqın lənəti ilə üz-üzəyik – VİDEO

İran İslam Şurası Məclisinin Rəzəvi Xorasan əyalətindən seçilmiş millət vəkili Cəlil Rəhimi Cahanabadi parlamentin ümumi iclasında hökuməti sərt tənqid edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

O bildirib ki, millətdən geriyə heç nə qalmayıb və bu günlərdə xalqın nifrət və lənəti ilə üz-üzəyik:

“Hökumət ölkəni idarə etmək gücündə deyil, parlament nəzarət və qanunverici orqan olaraq işə qarışmalıdır”.

Qeyd edək ki, İranda taxıla subsidiyaların ləğv edilməsi ilə qiymətlərin bir neçə dəfə qalxması geniş etirazlara səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*