İraqda qaz yatağı raket atəşinə TUTULDUbackend

İraqda qaz yatağı raket atəşinə TUTULDU

İraq Kürdüstanının ən böyük qaz yataqlarından biri olan “Xor Mor” raket atəşinə tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Bildirilib ki, əraziyə ən azı bir raket atılıb.

İlkin məlumata görə, partlayış nəticəsində ölən olmayıb.

Qeyd edək ki, mərkəzi Şarja şəhərində (BƏƏ) yerləşən “Dana Gas PJSJ” şirkətinə məxsus “Xor Mor” qaz yatağı dəfələrlə raket atəşinə məruz qalıb. Belə ki, oktyabrın əvvəlində əraziyə səkkiz raket atılıb.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*