İraqın paytaxtı Bağdadda hökumət binalarının və xarici nümayəndəliklərin yerləşdiyi “yaşıl zona”ya 4 raket düşüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinə bağlı mənbə məlumat yayıb.
Raketlərin Bağdadın şərqindəki Həbibiyyə və Bələdiyyət bölgələrindən atıldığı bildirilir.
Qeyd edək ki, ötən il İraqda keçirilən ümumi seçkilərdə qalib gələn Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr dünən siyasətdən getdiyini açıqlayıb.
Bir qrup Sədr tərəfdarı paytaxtda xarici nümayəndəliklərin yerləşdiyi “yaşıl zona”da Hökumət Sarayının qarşısına toplaşaraq etiraz ediblər.
İqbal Rzayev,
KONKRET.az
