İraqdan Türkiyəyə şok təhdid: TORPAĞIMIZDAN çıxmasanız…backend

İraqdan Türkiyəyə şok təhdid: TORPAĞIMIZDAN çıxmasanız...

Türkiyə İraqda hərbi əməliyyata son verməzsə, BMT Təhlükəsizlik Şurası (TŞ) və Ərəb Dövlətləri Liqasına müraciət ünvanlayacağıq.

KONKRET.az xəbər verir ki, bu sözləri İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Sahhaf deyib.

“İraq bu problemin müzakirəsi üçün BMT TŞ-nin təcili toplantısını çağıra bilər. Ərəb Birliyi, İslam Əməkdaşlıq Təşkilatına da müraciət edə bilərik”, – sözçü bildirib.

O, Türkiyəyə iqtisadi vasitələrlə də təzyiq edilə biləcəyini vurğulayıb:

“İraqda Türkiyənin onlarla iqtisadi və investisiya şirkəti var. İki ölkə arasında illik ticarət həcmi 16 milyardı ötür”.

Sahhaf ölkəsinin sözügedən problemin dialoq yolu ilə həllinə üstünlük verdiyini də əlavə edib.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*