İrəvan 21 il dözə biməyəcək – Nikol planla hərəkət edir – DETALLARbackend

İrəvan 21 il dözə biməyəcək - Nikol planla hərəkət edir - DETALLAR

Rusiyanın Cənubi Qafqazda mövqeləri get-gedə zəifləyir və bu işdə Ermənistan vasitə kimi ortaya atılıb. Qərbin diqtəsi ilə hərəkət edən Ermənistan hakimiyyəti yeni “dost”ları qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək üçün hər cür təhlükəni göz önünə alır. Açıq şəkildə Rusiyanı ittiham edən Paşinyan rusların Ermənistanı tərk etməsində israrlıdır və bunu tezliklə həyata keçirmək üçün səylər göstərir.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Paşinyanın Rusiya hərbi bazasının Ermənistana lazım olmadığı ifadəsi müttəfiqinə ciddi mesajdır: “2044-cü ilə qədər Rusiya və Ermənistan arasında razılaşma var və müqaviləyə görə rusların hərbi bazası Ermənistan ərazisində qalmalıdır. 102-ci bazanın hərbçiləri həm Gümrüdə, həm də İrəvandadır. Ermənistan sərhədlərini də Rusiya Federal Təhlükəsizlik Xidməti qoruyur.

Məhəmməd Əsədullazadə, politoloq

Paşinyan Avropadakı çıxışlarında və Qərb mediasına verdiyi müsahibədə Rusiyanı ciddi tənqid edir, onları Ermənistanın təhlükəsizliyini təmin etməməkdə günahlandırır. Həmçinin baş nazir Qarabağ məsələsində Rusiyanı Ermənistana dəstək verməməkdə də ittiham edir.

Paşinyan Ermənistanın hökumət üzvlərinə də Rusiya əleyhinə təbliğat aparmağı tapşırıb. Deməli, iki dövlət arasında münasibətlər son dərəcə kəskin olaraq qalır. Çox güman ki, bir müddət sonra Rusiya hərbi bazalarının qarşısında aksiyalar təşkil olunacaq.

Ermənilər yaxşı bilirlər ki, Rusiya asanlıqla regiondan çıxan deyil. Ermənistanda müxalifətin dayaqları da həddindən artıq zəifdir. Əhalinin əksəriyyəti Paşinyanı dəstəkləyir. Böyük ehtimalla Rusiya əvvəlcə yumşaq gücdən istifadə edəcək. Burada ilk növbədə iqtisadi faktorlar rol oynayacaq.

Gözləmək olar ki, Rusiya Ermənistana satdığı qazın qiymətini qaldıracaq. Digər amillərlə də Ermənistan hakimiyyətinə təzyiq etməyə çalışacaq. Rusiya hərbçilərinin məsələyə qarışması isə ölkədə xaosa gətirib çıxara bilər. Rusiya tərəfi də bunu anlayır. Amma rus hərbçilərinin Ermənistanda siyasi proseslərə müdaxilə etmək ehtimalı çox azdır. İlk növbədə Nikol Paşinyan ABŞ və Fransa xüsusi xidmət orqanları tərəfindən ciddi mühafizə olunur. Ermənistanda vəziyyət ciddiləşəndə Paşinyan dərhal ABŞ səfirliyinə sığınır. Ona görə də Paşinyan çox rahatlıqla anti-Rusiya siyasətini həyata keçirir. Rusiyanın Ermənistandan sıxışdırılması üçün isə Qərb Ermənistan hakimiyyətinə dəstəyini davam etdirir”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*