İrəvanın mərkəzində silsilə aksiyalar bu gün də davam edib.
KONKRET.az xəbər verir ki, “Şərəf duyuram” fraksiyasının rəhbəri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın təşəbbüsü ilə keçirilən bugünkü növbəti yürüşdə toqquşma baş verib.
İrəvanın Şimal prospektində yürüş iştirakçıları ilə polis arasında toqquşmada yaralananların olub-olmadığı haqda məlumat verilməyib.
Yürüş iştirakçıları Azadlıq meydanına istiqamət alıb.
