İrəvanda partiya lideri Putinə “qatil” deyən rusla dalaşdı – DETALLARbackend

İrəvanda partiya lideri Putinə “qatil” deyən rusla dalaşdı - DETALLAR

Ermənistan Kommunist Partiyasının birinci katibi Yerjanik Kazaryan ötən həftə İrəvandakı Rusiya səfirliyi qarşısında Rusiya prezidentini təhqir edən vətəndaşla mübahisə etdiyi üçün polis tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu insident haqda informasiyanı Kommunist Partiyası yayıb.

Söhbət uzun müddət təkbaşına Rusiya səfirliyi qarşısında piket keçirən Ermənistan vətəndaşı ilə Yerjanik Kazaryan arasındakı davadan gedir.

Birinci katibin “səbirsizliyinə” səbəb piketçinin əlində Vladimir Putinin ünvanına təhqir və Rusiyanı Ermənistanın milli maraqlarına xəyanətdə ittiham edən şüar olub.

“Maraqlıdır ki, bu vətəndaş sanki hər gün plakatla səfirliyə işləməyə gəlir. Onun əlində rus, erməni və ingilis dillərində “Mən rusam, Putin isə qatildir” yazısı olan plakat olub. Eyni zamanda, o, heç bir arqument gətirməyib. Hərəkətlərinin qanunauyğunluğunu və ardıcıllığını Ermənistan ərazisində yerləşən Qərb mərkəzlərindən maliyyələşmə ilə izah etmək olar. Lakin həmin şəxs posterin təxribat xarakterli məzmunu ilə məhdudlaşmayaraq, Qarabağ məsələsində rusların günahkar olduğunu bildirərək, erməni ictimaiyyətini də çaşdırmağa çalışıb.

Ermənistan Kommunist Partiyasının lideri ona yalan və saxtakarlığa əsaslanan hərəkətlərinin Ermənistan əhalisinin böyük əksəriyyətinin fikri ilə üst-üstə düşmədiyini deyib. Nəticədə qarşıdurma baş verib, Kazaryan plakatı cırıb, bundan sonra təxribatçının ifadəsi əsasında saxlanılıb.

Polis bölməsində erməni kommunistlərinin lideri ətraflı izahat verib və müddət bitdikdən sonra sərbəst buraxılıb”, deyə mesajda bildirilir.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*