Qarabağ separatçılarının “nümayəndə heyəti” Moskvaya gedir.
KONKRET.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazır. Qəzetin məlumatına görə, Qarabağ separatçıları “boş oturmaq fikrində deyil və konkret addımlar atmağa hazırlaşır”.
“Arayik Arutyunyanın başçılıq etdiyi “nümayəndə heyəti”nin İrəvan səfəri, xüsusilə Nikol Paşinyanla görüşü və ümumiyyətlə, Baş nazirin Artsax məsələsində siyasəti ilə bağlı Qarabağda ciddi narazılığın olmasına artıq toxunmaq üçün əsasımız var.
Məlumatlara görə, İrəvanda keçirilən son görüşdə Paşinyan Qarabağ “nümayəndə heyəti”nə açıq şəkildə deyib ki, Qarabağ məsələsində başqa heç nə edə bilməz.
Son vaxtlar hakimiyyət Qarabağ məsələsinə görə Qarabağ və Rusiya Federasiyasının “hakimiyyət orqanları”nın məsuliyyət daşıdığını açıq şəkildə bildirir”,- deyə separatçılar vurğulayıb.
Məlumata görə, yaxın günlərdə Qarabağ separatçılarının bir qrupu Rusiyanın siyasi rəhbərliyi ilə görüşmək üçün Moskvaya gedəcək.
Separatçıların əsas məqsədi Qarabağ məsələsinin sonrakı taleyi ilə bağlı hər hansı aydınlıq və dəqiqləşdirmələr əldə etməkdir. Hazırda Moskvada qarşıdan gələn görüşün təşkili üçün hazırlıq işləri aparılır.
Qəzetin mənbəsi bildirir ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşün böyük ehtimalı var”, –deyə qəzet yazır.
Xuraman Etibarlı,
KONKRET.az
