Azərbaycanlı ağır atletlər coşqu ilə QARŞILANIBLAR – YENİLƏNİB – VİDEObackend

Azərbaycanlı ağır atletlər coşqu ilə QARŞILANIBLAR - YENİLƏNİB - VİDEO

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı ağır atletlər artıq Bakıya qayıdıblar. 

KONKRET.az xəbər verir ki, onları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Hava limanında 12 nəfərdən ibarət nümayəndə heyətini media nümayəndələri və idman ictimayyəti qarşılayıb.

Azarkeşlər idmançılarımızın gəlişini böyük maraqla gözləyiblər.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən bayrağımızı götürərək yandırıb, daha sonra zaldan qaçmağa çalışıb. Bundan sonra Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.

***

20:09

İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycana yola salınıblar.

KONKRET.az  APA-ya istinadla xəbər verir ki, Ermənistandan quru yolu ilə Tbilisiyə gələn atletlər Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanından “Buta Airways” aviareysi ilə Vətənə yola salınıblar. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da hava limanına gələrək atletlərlə görüşüb, onları yola düşənədək müşayiət ediblər.

Qeyd edək ki, azərbaycanlı atletləri təhlükəsizlik məqsədilə Ermənistandan Tbilisi hava limanınadək Ermənistandan 5 nəfər müşayiət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*