ABŞ Aeronavtika və Kosmik Agentliyinə (NASA) və Alman Aerokosmik Mərkəzinə (DLR) aid olan “Stratosfer” İnfraqırmızı Astronomiya Rəsədxanasının (SOFIA) teleskopu İris və Massalia asteroidlərinin səthində su molekulları tapıb.
KONKRET.az xəbər verir ki, diametri 199 kilometr olan İris və 135 kilometr diametrli Massaliya Günəşdən təxminən 357 milyon 539 min kilometr məsafədə orbitdədir.
Edilən təsbitlərdə sözügedən iki asteroidin səthində su molekullarının varlığını göstərən müəyyən dalğa uzunluğunda işıq əksi tapılıb.
Araşdırmada Yerə gətirilən asteroid nümunələrində də su molekullarına rast gəlindiyi vurğulanıb, lakin bu təsbitin asteroidlərin səthində su olduğuna dair ilk kəşf olduğu qeyd edilib.
Yeri gəlmişkən, tədqiqatlar Ayın səthində də su olduğunu aşkar edib.
ABŞ-nin Cənub-Qərb Tədqiqat İnstitutunun tədqiqatçısı Anicia Arredondo bunları bildirib: “Asteroidlər planetin əmələ gəlməsi prosesindən qalan materiallardır, ona görə də onların tərkibi ulduz dumanlığının hansı hissəsində əmələ gəldiyinə görə dəyişir. Asteroidlər üzərindəki su bizi maraqlandırır, çünki bu, suyun Yerə necə çatdığına aydınlıq gətirə bilər. Biz İris və Massalia asteroidlərində suyun molekulyar xüsusiyyətlərini aydın şəkildə aşkar etdik”.
Günəşə yaxın orbitlərdə su olan asteroidlər də ola bilər.
Araşdırmada Günəşə yaxın orbitlərdə olan asteroidlərin üzərlərindəki suyun isti buxarlanması səbəbindən quru silikat tipli, uzaq orbitlərdəki asteroidlərin isə buzlu materiallardan ibarət olduğu düşünüldüyü ifadə edilib.
Güman edilir ki. asteroidlər su mənbəyi tapılarsa, deməli, Günəş sistemində və ondan kənarda mümkün həyat formaları bir daha başqa şəkikdə öz təsdiqini tapacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az
